Türkiyədə narkotiklərə qarşı əməliyyatda onlarla şəxs saxlanılıb

Baş səhifə

Bakı.Trend:

Türkiyənin Şanlıurfa və Bursa vilayətlərində narkotik
vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı jandarma
tərəfindən keçirilən əməliyyatlar zamanı 135 şübhəli
saxlanılıb.

Trend xəbər verir
ki, bu barədə Türkiyə DİN rəsmi “X” hesabında məlumat yayılıb.

Saxlanılan şəxslərdən 129-u barəsində həbs qətimkan tədbiri
seçilib.




Əməliyyatlara 142 ictimai asayiş qrupu, 25 xüsusi-təyinatlı
komando qrupu daxil olmaqla ümumilikdə 900 jandarma əməkdaşı və
xüsusi hazırlıq keçmiş 10 narkotik axtarış iti cəlb olunub.

“Təhlükəsizlik qüvvələrimizin səmərəli əməliyyatları və
cəmiyyətimizin dəstəyi sayəsində gənclərimizin gələcəyini hədəf
alan narkotik alverçilərinə qarşı mübarizəmizi qətiyyətlə davam
etdiririk”, – deyə Türkiyə DİN-nin bəyanatında deyilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir