
“Rusiyanın Azərbaycanla həmişə yaxşı münasibətləri olub, indi də var”.
APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Sankt-Peterburq beynəlxalq iqtisadi forumu çərçivəsində xarici media orqanlarının rəhbərlərinə müsahibəsində Rusiya prezidenti Vladimir Putin bildirib.
Onun sözlərinə görə, Azərbaycanla münasibətlər müsbət məcrada inkişaf edir.
Putin Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya ilə strateji əməkdaşlıq müqaviləsinin təkmilləşdirilməsi üçün xeyli səy göstərdiyini deyib.
O, prezident İlham Əliyevlə görüşəcəyini də açıqlayıb.
Putin Rusiyanın İlham Əliyevə Rusiya humanitar yardımının İrana göndərilməsində göstərdiyi köməyə görə minnətdar olduğunu bildirib.

