
Bakı. Trend:
ABŞ Maliyyə Nazirliyi Kuba Prezidenti Migel Dias-Kanelə qarşı
sanksiyalar tətbiq etdiyini açıqlayıb.
Trend-in məluatına
görə, onun adı məhdudlaşdırıcı tədbirlərin şamil olunduğu beş
nəfərin yer aldığı siyahıya daxil edilib.
Bundan əlavə, ABŞ Maliyyə Nazirliyi bir sıra Kuba şirkətləri və
dövlət qurumlarını, o cümlədən Kuba İnqilabi Silahlı Qüvvələr
Nazirliyini də sanksiyalar siyahısına əlavə edib.

