Tramp Hanter Baydenin 2028-ci il prezident seçkilərindəki şanslarını qiymətləndirib

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin keçmiş prezidenti Co Baydenin oğlu Hanter Bayden 2028-ci
il prezident seçkilərində uğur qazana bilərdi.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp
deyib.

D. Tramp Hanter Baydeni bir sıra siyasətçilərlə, o cümlədən
əvvəllər nasist döyməsi və narkotik istifadəsi ilə bağlı
qalmaqalların mərkəzində olan Men Senatının namizədi Qraham
Platnerlə müqayisə edib.




Onun sözlərinə görə, əgər belə namizədlər siyasi uğur qazana
bilirlərsə, “Hanter” də uğur qazana bilərdi, çünki onun “keçmişi ən
yaxşısı deyil”.

Qeyd edək ki, 2024-cü ilin dekabr ayında ABŞ-ın o vaxtkı
prezidenti Co Bayden Hanter Baydeni əfv edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir