Maduro məşhur reperin vəkilini tutub

Baş səhifə

Bakı.Trend:

ABŞ həbsxanasında məhkəməsini gözləyən Venesuela Prezidenti
Nikolas Maduro amerikalı reper Şon Kombsın (Diddy) vəkili Anna
Estevaonu öz hüquq müdafiəçisi olaraq işə götürüb.

Trend xəbər verir
ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Bildirilir ki, Estevao Venesuela liderinin narkoterror və
narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamları üzrə mühakimə
olunduğu Nyu-York Məhkəməsinə təqdim edilən bildiriş əsasında rəsmi
olaraq Maduronun müdafiə komandasına daxil edilib.




Estevao Diddini məhkəmə prosesində müdafiə edib. Həmin proses
müğənninin cinsi istismar məqsədilə insan alveri ilə bağlı ən ağır
ittihamlar üzrə bəraət alması ilə yekunlaşıb.

Agentliyin məlumatına görə, Maduro iyunun 30-na təyin edilmiş
növbəti məhkəmə dinləməsi ərəfəsində müdafiəsini gücləndirir.

2026-cı il yanvarın 3-də ABŞ qüvvələri Venesuelaya zərbələr
endirib, prezident Nikolas Maduronu saxlayaraq ABŞ-yə aparıblar.
2026-cı il yanvarın 5-də onun narkokartelə rəhbərlik etməsi və
digər ittihamlar üzrə məhkəmə prosesi başlayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir