
Bakı. Trend:
Bakıda Ümumdünya Ətraf Mühit Gününə (WED) həsr olunmuş
beynəlxalq konfrans keçirilir.
Trend xəbər
verir ki, “Təbiətdən ilham alaraq. İqlim naminə. Gələcəyimiz
naminə.” şüarı altında təşkil olunan tədbir Ekologiya və Təbii
Sərvətlər Nazirliyi və BMT-nin Ətraf Mühit Proqramının (UNEP)
tərəfdaşlığı çərçivəsində keçirilir.
Tədbirdə Ekologiya və Təbii Sərvətlər Naziri Rəşad İsmayılov,
Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP)
İcraçı Direktoru İnqer Andersen çıxış edəcəklər.
Həmçinin Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Antonio
Quterreş, Türkiyə Respublikasının ətraf mühit, şəhərsalma və iqlim
dəyişikliyi naziri, COP31-in təyin olunmuş Prezidenti Murat Kurum,
COP30 Prezidenti André Corrêa do Lago, Birləşmiş Millətlər
Təşkilatının İnsan Məskənləri Proqramının (UN-Habitat) İcraçı
Direktoru Anaklaudiya Rossbax və Birləşmiş Millətlər Təşkilatının
İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İcraçı
Katibi Simon Stiell videomüraciətlə çıxış edəcəklər.
Xəbər yenilənəcək

