Bu il dövlət büdcəsinə 8 mlrd. manata yaxın vergi daxil olub

Baş səhifə

Bu ilin yanvar-may ayları ərzində Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 7 milyard 825,3 milyon manatdan çox vergi daxil olub.

APA-Economics” Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu göstərici proqnoza nisbətən 130,3 milyon manat çoxdur.

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 6 milyard 187,7 milyon manat təşkil edib və büdcəyə proqnozdan əlavə 109,7 milyon manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 471,5 milyon manat və ya 8,2 faiz artıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir