
Bakı.Trend:
Azərbaycan və Macarıstanın mərkəzi bankları arasında Anlaşma
Memorandumu imzalanıb.
Trend xəbər verir
ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov “X”
sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
“Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin
mərkəzi (milli) banklarının Şurasının ikinci toplantısı
çərçivəsində Macarıstan Mərkəzi Bankının sədri Mixali Varqa ilə
rəhbərlik etdiyimiz qurumlar arasında qarşılıqlı etimada əsaslanan
əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə Anlaşma Memorandumu
imzaladıq”,- deyə AMB sədri bildirib.
Onun sözlərinə görə, memorandum çərçivəsində, monetar siyasət,
bank nəzarəti, kapital bazarları, sığorta sektoru, ödəniş
sistemləri və maliyyə texnologiyaları sahəsində qarşılıqlı məlumat
mübadilələri aparılacaq; görüşlər, seminarlar, təcrübə
mübadilələri, təlim proqramları və işgüzar səfərlər vasitəsilə
texniki əməkdaşlıq dərinləşdiriləcək.

