Rusiya bu dəfə Azərbaycan məhsullarını ərazisinə buraxmadı

Baş səhifə

Rusiyanın Tümen şəhərində yerləşən Roşino hava limanında Özbəkistan, Tacikistan və Azərbaycandan gətirilən məhsullar saxlanılıb.

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, baytarlıq nəzarəti zamanı Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (Rosselxoznadzor) mütəxəssisləri zavod qablaşdırması olmayan təxminən 200 kiloqram məhsulun ölkəyə gətirilməsinə icazə verməyiblər.

Müsadirə edilən məhsullar arasında ət və süd məhsulları, həmçinin bal olub.

Məlumata görə, ilin əvvəlindən bəri ümumilikdə 111 kiloqramdan çox süd məhsulu, 26 kiloqramdan artıq ət məhsulu və təxminən 58 kiloqram bal məhv edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir