COP29-da ortaya qoyulan öhdəliklərin icrasını diqqətlə izləyəcəyik – COP31-in prezidenti

Baş səhifə

Bakı. Trend:

Ən qiymətli əmanətimiz olan ətraf mühit uğrunda mübarizə eyni
zamanda vətən sevgisidir, insan sevgisidir. Bu, torpağına, suyuna,
havasına və gələcək nəsillərinə sahib çıxmaq iradəsidir.

Trend xəbər
verir ki, bunu Türkiyə Respublikasının ətraf mühit, şəhərsalma və
iqlim dəyişikliyi naziri, COP31-in təyin olunmuş prezidenti Murat
Kurum bu gün Bakıda keçirilən Ümumdünya Ətraf Mühit Gününə (WED)
həsr olunmuş beynəlxalq konfransa videomüraciətində bildirib.

“COP30-un sədrliyi olaraq biz hər addımımızda məhz bu anlayışla
hərəkət etmişik. Xüsusilə Bakı hədəfi başda olmaqla, COP29-da
ortaya qoyulan öhdəliklərin icrasını diqqətlə izləyəcəyik. Çünki
çoxtərəflilik dediyimiz etibarlılıq yalnız hədəflər müəyyən etməklə
təmin olunmur. O, verilən sözlərin yerinə yetirilməsi ilə təmin
olunur. Qəbul edilən qərarların praktikada tətbiq olunması ilə
təmin olunur. İnsanların həyatına toxunan konkret nəticələrlə təmin
olunur.




Bu anlayışla COP30 yalnız yeni öhdəliklərin müzakirə olunduğu
bir zirvə olmayacaq. COP30 tətbiqlərin, əməkdaşlığın və konkret
nəticələrin ön plana çıxarıldığı bir COP olacaq. Çünki dünya artıq
sadəcə yeni vədlər eşitmək istəmir. Dünya verilən vədlərin həyata
keçirildiyini görmək istəyir.

Bu uğurun açarı isə cəmiyyətin bütün təbəqələrinin prosesdə
iştirak etməsidir. Hökumətlərdən yerli idarəçilərə, özəl sektordan
akademik dairələrə, gənclərdən qadınlara, vətəndaş cəmiyyətindən
maliyyə dünyasına qədər hər kəsin bu dönüşümün bir hissəsi olmalı
olduğuna inanıram”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir