Rumıniyanın Konstansa limanında PUA partlayıb

Baş səhifə

Rumıniyanın Konstansa limanında pilotsuz aparat partlayıb, “Qırmızı müdaxilə planı” işə salınıb, ərazi tam mühasirəyə alınıb.

Bu barədə “DIGI24” Rumıniya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, söhbət Ukraynadakı müharibədə istifadə olunan pilotsuz dəniz aparatından gedir.

Nazirlik bildirib ki, pilotsuz aparat iyunun 5-i səhər saatlarında Rumıniya Dəniz Xilasetmə Agentliyinin qərargahı yaxınlığında aşkarlanıb və təxminən saat 10:30-da partlayıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd olunub ki, partlayış zamanı obyektin qiymətləndirilməsi və zərərsizləşdirilməsi prosesi aparılıb. Ərazi əvvəlcədən Rumıniya kəşfiyyat xidməti, Sahil Mühafizəsi və Müdafiə Nazirliyinin qüvvələri tərəfindən təcrid edilib.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir