Uxnaaqiyn Xurelsux Prezident İlham Əliyevi ntəbrik edib

Baş səhifə

Bakı. Trend:

Monqolustanın Prezidenti Uxnaaqiyn Xurelsux Prezident İlham
Əliyevə məktub ünvanlayıb.

Trend xəbər
verir ki, məktubda deyilir:

“Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan
xalqına Monqolustan xalqı adından səmimi təbriklərimi
çatdırıram.

Məmnuniyyətlə qeyd edirəm ki, Monqolustan ilə Azərbaycan
arasında qarşılıqlı hörmətə, ortaq tarixi, mədəni dəyərlərə
əsaslanan ənənəvi dostluq münasibətləri və əməkdaşlıq birgə
səylərimizlə genişlənməkdə davam edir.

Zati-aliləri, ölkələrimiz arasındakı münasibətləri əhəmiyyətli
iqtisadi əməkdaşlıqla daha da dərinləşdirmək, uzunmüddətli inkişaf
siyasətimizdə müəyyən edilmiş prioritet sahələr çərçivəsində
əlaqələri genişləndirmək, həmçinin hərtərəfli davamlı inkişafın
təşviqində beynəlxalq birliyin səylərinə birgə töhfələr vermək üçün
Sizinlə hər zaman işləməyə hazıram.

Cənab Prezident, Sizə və sevimli ailənizə möhkəm cansağlığı,
rifah, dost Azərbaycan xalqına isə firavanlıq arzulayıram”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir