Bakıda silsilə oğurluq hadisələrinin üstü açılıb

Baş səhifə

Bakı.Trend:

Paytaxtın Sabunçu rayonunda yerləşən obyektlərin birindən ümumi
dəyəri 2300 manat olan 6 ədəd proyektor və noutbuk oğurlanıb.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, keçirilən
tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum
olunmuş 22 yaşlı F.İdrisov müəyyən edilərək saxlanılıb.




Digər əməliyyat zamanı isə Yasamal rayonunda 2000 manat
dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən 35 yaşlı
L.Məmmədova saxlanılıb.

Araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir