
Bakı. Trend:
Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əl-Sabah
Prezident İlham Əliyevə məktub ünvanlayıb.
Trend xəbər
verir ki, məktubda deyilir:
“Dost ölkənizin Müstəqillik Gününün növbəti ildönümü
münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq
duyuram. Fürsətdən istifadə edərək, dost ölkələrimiz və xalqlarımız
arasında mövcud olan möhkəm əlaqələrin davamlı şəkildə inkişaf
etməsini arzulayıram.
Zati-aliləri, Sizə uzun ömür, cansağlığı, Azərbaycan
Respublikasına və onun dost xalqına davamlı tərəqqi və rifah
arzularımı bildirirəm”.

