Xamenei İranda minlərlə məhbusu əfv edib

Baş səhifə

Bakı.Trend:

İranın ali lideri Müctəba Xamenei Eyd-əl-Qədir (Qədir Xum)
bayramı münasibəti ilə 2000-dən çox məhbusu əfv edib və ya cəzasını
yumşaldıb.

Trend xəbər verir
ki, bu barədə Farsa agentliyi məlumat yayıb.

Məlumata görə, bu gün Xamenei bir müddət əvvəl İran ədliyyəsinin
rəhbəri Qolamhüseyn Mohseni Eceyin amnistiya ilə bağlı vəsatətini
təmin edib.




Qeyd edək ki, İran Konstitusiyanın 110-cu maddəsinə əsasən,
Ədliyyə sisteminin rəhbərinin təqdimatı əsasında ölkə rəhbəri
məhkumları əfv etmək və ya onların cəzalarını azaltmaq
səlahiyyətinə malikdir.

Lakin bu əfv müəyyən kateqoriyadan olan məhkumlara şamil
edilmir. Bunlara ölkəyə qarşı silahlı mübarizədə iştirak etdiyinə
görə məhkum olunmuş şəxslər, silahlı və ya mütəşəkkil narkotik
vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlar, silahlı
soyğunçuluq törədənlər, silah qaçaqmalçıları, adam oğurluğuna,
rüşvətxorluğa və mənimsəməyə görə məhkum edilmiş şəxslər
daxildir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir