
Bakı.Trend:
Siqaret qaçaqmalçılığında ittiham edilən Fariz Məhərrəmovun
cinayət işi üzrə növbəti məhkəmə prosesi baş tutub.
Trend xəbər verir ki, Bakı Ağır
Cinayətlər Məhkəməsində keçirilən prosedə Fariz Məhərrəmova ifadə
vermək təklif olunsa da, o, bundan imtina edib.
Həmçinin Fariz Məhərrəmov özünü qismən təqsirli bilib, ibtidai
istintaqda verdiyi ifadəni təsdiqləyib.
Növbəti prosesdə şahidlər ifadə verəcək.
Proses iyunun 19-na təxirə salınıb.
Qeyd edək ki, Fariz Məhərrəmov Cinayət Məcəlləsinin 206.4
(qaçaqmalçılıq-xüsusilə külli miqdarda) və 213-1.2.1-ci (mütəşəkkil
dəstə halında külli miqdarda aksiz markası ilə markalanmalı olan
malların belə marka olmadan qanunsuz dövriyyəsi) və 213-1.2.3-cü
(aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan
qanunsuz dövriyyəsi, qabaqcan əlbir olan bir qrup şəxs tərəfindən
törədildikdə) maddələri ilə yekun ittiham elan edilib.

