
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ebola ilə mübarizə üçün 518
milyon dollar ayıracaq.
Trend xəbər
verir ki, bu barədə ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus
bildirib.
“Biz sıfırdan başlamırıq: bu plan əvvəlki epidemiyalar və son
səhiyyə fövqəladə halları ilə mübarizə təcrübəsinə əsaslanır”, –
deyə o bildirib.
ÜST-ün baş direktorunun sözlərinə görə, virusla mübarizə planı
iyun-noyabr ayları arasında Afrika Xəstəliklərə Nəzarət və
Profilaktika Mərkəzləri ilə birgə həyata keçiriləcək.
Qebreyesus vurğulayıb ki, Ebolanın qarşısının alınması siyasi
öhdəlik, davamlı maliyyələşdirmə və yerli iştiraka etibar tələb
edir.
Bundibuqyo ştammının yaratdığı yeni, kütləvi Ebola epidemiyası
Afrikada sürətlə yayılır. İyun ayı etibarilə bölgədə mindən çox
şübhəli yoluxma və 200-dən çox ölüm halı qeydə alınıb. Mərkəzi və
Qərbi Afrikanın sıx meşələri əsas yayılma mərkəzi olaraq qalır.

