Çexiyada yük maşını sərnişin qatarı ilə toqquşub

Baş səhifə

Bakı.Trend:

Çexiyanın şimalında yük maşını sərnişin qatarı ilə toqquşub.

Trend xəbər verir
ki, bu barədə CTK informasiya agentliyi məlumat yayıb.

Məlumata görə, insident Prosteyev və Kostelets-na-Qane şəhərləri
arasından keçən dəmiryolu xəttinin nizamlanmayan keçidində baş
verib. Toqquşmadan qatarın birinci vaqonu relslərdən çıxıb.




İnsident nəticəsində səkkiz nəfərin yaralandığı bildirilir.

Qəza vaxtı qatarda 20-dən çox insan olub. Hadisənin səbəbləri
araşdırılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir