
Bakı. Trend:
“Goal” nəşrinin yaydığı məlumata görə, Florentino Peres üçün
əsas transfer hədəfi Vitinyadır.
Trend xəbər verir ki,
“Real” PSJ-nin yarımmüdafiəçisinin transferi üçün 150 milyon avroya
qədər vəsait xərcləməyə hazırdır. Bildirilir ki, həm Vitinyanın,
həm də “Rea”ın baş məşqçi postuna təyin olunacağı gözlənilən Jose
Mourinyonun maraqlarını təmsil edən agent Jorge Mendes bu
transferin baş tutmasına kömək edə bilər.
Vitinya 2025/26 mövsümündə Fransa çempionatında 29 oyuna çıxıb
və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

