Avropa müdafiə sahəsində üzərinə daha çox öhdəlik götürməlidir – Pentaqon

Baş səhifə

Bakı. Trend:

Pentaqon rəhbərinin müşaviri Erik Geressi ABŞ hərbi
kontingentinin Almaniyadan sürətli şəkildə çıxarılmasının gündəmdə
olmadığını, eyni zamanda Avropa dövlətlərinin öz
təhlükəsizliklərinin təmin edilməsində daha fəal rol oynamalarının
vacibliyini bildirib.

Trend xəbər verir ki,
o, “Süddeutsche Zeitung” və “Handelsblatt” nəşrlərinə müsahibəsində
qeyd edib ki, ABŞ qoşunlarının yerləşdirilməsi ilə bağlı müxtəlif
ssenarilər nəzərdən keçirilir.

Geressinin sözlərinə görə, bu məsələ üzrə yekun qərarı ABŞ
Prezidenti Donald Tramp verəcək və hər hansı addım tələsik şəkildə
atılmayacaq.




Müşavir həmçinin ABŞ müdafiə naziri Pit Heqsetin mövqeyinə
istinad edərək vurğulayıb ki, Avropanın təhlükəsizlik sahəsində
əsas yükü ABŞ-ın hərbi imkanları və vergi ödəyicilərinin üzərinə
qoyduğu dövr artıq dəyişməkdədir.

“Avropa kifayət qədər resurslara və iqtisadi gücə malikdir.
Müttəfiqlərimiz öz müdafiə qabiliyyətlərinin gücləndirilməsində
daha böyük məsuliyyət daşımalıdırlar”, – deyə Geressi
bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir