
Bakı.Trend:
İran milli komandasının futbolçuları futbol üzrə 2026-cı il
dünya çempionatında iştirak etmək üçün ABŞ vizalarını alıblar.
Trend xəbər verir
ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
“İranlı futbolçulara ABŞ-yə giriş üçün vizalar verilir”,-
telekanal Ağ Evin nümayəndəsinə istinadən bildirib.
İran millisinin iştirakı ilə ilk oyun iyunun 15-də Los-Ancelesdə
keçiriləcək. Komanda həmin görüşdə Yeni Zelandiya millisi ilə
qarşılaşacaq. İran futbolçuları DÇ-2026 çərçivəsində Belçika və
Misir millilərinə qarşı da oyunlar keçirəcəklər.
Bundan əvvəl İran milli komandasının DÇ-2026-ya hazırlıq
məqsədilə təlim-məşq toplanışını ABŞ-dən Meksikaya köçürdüyü
bildirilmişdi.

