
Bakı. Trend:
“Bavariya” və Almaniya millisinin yarımmüdafiəçisi Lenart Karl
zədə səbəbindən DÇ-2026-nı buraxacaq.
Trend xarici
mediaya istinadən xəbər verir ki, 18 yaşlı futbolçu bu barədə
sosial şəbəkə hesabında paylaşım edib:
“Haradan başlayacağımı belə bilmirəm, amma ən vacib turniri
buraxmaq mənim üçün dözülməz dərəcədə ağrılıdır. Dünya kubokuna
hazır olmaq üçün əlimdən gələni etdim. Təəssüf ki, zədələr çox vaxt
ən uyğun olmayan vaxtlarda baş verir”.
Gənc futbolçu millinin ötən gün keçirilən məşqində zədə alıb və
xəstəxanaya aparılıb. Onda əzələ yırtığı aşkar edilib.
Lenat Karlı “Leyptsiq”dən Assane Uedraogonun əvəz edəcəyi
gözlənilir.

