Lənkəranda qaz xəttində qəza: dörd yaşayış məntəqəsinə qazın verilişi kəsildi

Baş səhifə

Bakı.Trend:

Bu gün saat 10:00 radələrində Lənkəran rayonunun Liman şəhəri,
M. İbayev küçəsində aparılan qazıntı işləri zamanı diametri 225
millimetr olan orta təzyiqli yeraltı qaz kəməri zədələnib.

Bu barədə Trend-ə Lənkəran Regional Qaz İstismarı İdarəsindən
məlumat verilib.




Bildirilib ki, zədələnmə nəticəsində qaz sızması baş verib.
Qəzanın aradan qaldırılması və təhlükəsizlik tədbirlərinin təmin
olunması məqsədilə Liman şəhəri, Nərimanabad qəsəbəsi, Balıqçılar
və Üzümçülük yaşayış məntəqələrinin qaz təchizatı müvəqqəti olaraq
dayandırılıb.

Məlumata görə, qəza-bərpa işləri başa çatdıqdan sonra
abonentlərin qaz təchizatı mərhələli şəkildə bərpa olunacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir