
Bakı.Trend:
Xəzər rayonu, Binə qəsəbəsi ərazisində mağazada yanğın baş
verib.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat
verilib.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə
Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi
200kv.m. olan tikinti materiallarının satışı mağazasında baş vermiş
yanğın genişlənməsinə, o cümlədən bitişik yerləşən fərdi yaşayış
evinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində mağazanın yanar konstruksiyaları 100kv.m.
sahədə yanıb.
Mağazanın qalan hissəsi və bitişik ev yanğından mühafizə
olunub.

