
Bakı.Trend:
Türkiyədə Hüquq mühafizə orqanları və Milli Kəşfiyyat
Təşkilatının (MİT) birgə keçirdiyi genişmiqyaslı əməliyyat
nəticəsində İŞİD terror təşkilatı ilə əlaqələrdə şübhəli bilinən
361 nəfər saxlanılıb.
Trend xəbər verir
ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, bir-biri ilə əlaqələndirilmiş əməliyyatlar son 20
gün ərzində Türkiyənin 39 vilayətində həyata keçirilib.
Saxlanılan şəxslər terror təşkilatının tərkibində fəaliyyət
göstərməkdə, təşkilata maliyyə dəstəyi verməkdə ittiham
olunurlar.

