
Bakı. Trend:
Regional Təhsil İdarəsi sosial mediada sagirdin döyülməsi ilə
bağlı yayılan iddialara aydınliq gətirib.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən Trend-in sorğusuna cavab
olaraq bildirilib ki, sosial şəbəkələrdə Saray qəsəbə 1 nömrəli tam
orta ümumtəhsil məktəbində müəllimin şagirdə qarşı uyğunsuz
davranışı ilə bağlı məlumatlar yayılıb və məsələ ilə bağlı
araşdırma aparılıb:
“İlkin araşdırma zamanı müəllim tərəfindən “Təhsilverənlərin
etik davranış qaydaları”nın pozulduğu müəyyən edilib. Bu səbəbdən
onun barəsində intizam tənbehi tədbiri görülüb. Hadisə ilə bağlı
hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Bildiririk ki, ümumi təhsil müəssisələrində təlim-tədris prosesi
ilə yanaşı, şagirdlərin təhlükəsizliyi və daxili nizam-intizam
qaydalarına riayət olunmasına nəzarət daim diqqət mərkəzində
saxlanılır və bu istiqamətdə zəruri tədbirlər görülür”, – məlumatda
qeyd edilib.
Qeyd edək ki, sosial şəbəkələrdə Saray qəsəbəsi 1 saylı tam orta
məktəbin idman müəlliminin 5-ci sinif şagirdini döyməsi barədə
iddialar yayılmışdı.

