Ötən gün axtarışda olan 147 nəfər saxlanılıb

Baş səhifə

Bakı.Trend:

İyunun 5-də ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən
bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən
təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda
olduğuna görə ümumilikdə 147, o cümlədən borclu şəxs qismində
axtarışda olan 111 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil
verilib.




Narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir