
Bakı.Trend:
ABŞ Prezidenti Donald Tramp amerikalı milyarder İlon Maskla
yenidən dost münasibətlərdə olduğunu bildirib.
Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.
Kənd təsərrüfatı məsələlərinə həsr olunmuş tədbirdə çıxış edən
Ağ Ev rəhbəri qeyd edib ki, sahibkarın çətin dövrü olsa da, indi
onlar yenidən yaxşı münasibətlərə malikdirlər.
“Bilirsiniz, İlonun uğursuz bir dövrü oldu, amma indi o, yenidən
mənim dostumdur. Onun çox uğursuz bir anı olmuşdu. O, 80 faiz
dahidir, 20 faiz isə müəyyən uğursuzluqları var. Amma mən
elektromobilləri sevirəm”, — deyə Tramp bildirib.
ABŞ Prezidenti Donald Tramp xatırladıb ki, prezidentliyinin ilk
günündə elektromobillərin istifadəsini təşviq edən tədbirləri ləğv
edib. Bundan sonra onların arasında yaranmış münaqişə fonunda İlon
Mask özünə məxsus “Tesla” şirkəti üçün çətin dövrün başladığını
bəyan etmişdi.

