Polis Suraxanıda baş verən dava ilə bağlı araşdırmalara başlayıb

Baş səhifə

Bakı.Trend:

İyunun 5-də Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində baş vermiş
insidentlə bağlı polisə müraciət daxil olub.

Bu barədə Trend
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, müraciət əsasında araşdırma başlanılıb, hadisə
yerinə baxış keçirilib, iştirakçıların izahatları alınıb və müvafiq
ekspertizalar təyin edilib.




“İlkin araşdırmalar zamanı müəyyən olunub ki, hadisə tərəflər
arasında yaranmış mübahisə zəminində baş verib. Mübahisə zamanı
iştirakçılar qarşılıqlı olaraq bir-birilərinə xəsarətlər
yetiriblər”, – deyə məlumatda qeyd olunub.

Bildirilib ki, faktla bağlı araşdırmalar davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir