KİV: ABŞ İran aktivlərini Körfəzdəki müttəfiqlərinə verəcək

Baş səhifə

Vaşinqton administrasiyası İranın onlara vura biləcəyi zərərləri kompensasiya etmək üçün Körfəz ölkələrindən olan müttəfiqlərinə İran aktivlərinə çıxış imkanı vermək niyyətindədir.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“ABŞ İranın vura biləcəyi gələcək zərərləri kompensasiya və bərpa etmək, eləcə də zərərləri azaltmaq üçün Körfəzdəki müttəfiqlərinə İran aktivlərini təqdim edəcək”, – məlumatda deyilir.

Məlumata görə ABŞ maliyyə naziri Skott Bessent ekspertlərə İranın yuxarıda adı çəkilən dövlətlərə vurduğu zərərin dəyərini hesablamağı tapşırıb.

Xəbərdə İranın konkret hansı aktivlərindən söhbət getdiyi bildirilmir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir