
Bakı. Trend:
PSJ-nin 23 yaşlı cinah oyunçusu Bredli Barkola klub rəhbərliyi
ilə müqavilə müddətinin artırılması ilə bağlı danışıqlar
aparır.
Trend “RMC Sport”a istinadən xəbər verir ki, Avropanın aparıcı
klubları vəziyyəti yaxından izləyir və oyunçunun Paris klubu ilə
danışıqlarında hər hansı bir çətinlik yaranarsa, dərhal ona rəsmi
təklif irəli sürəcək.
Transfermarkt oyunçunun bazar dəyərini 70 milyon avro olaraq
qiymətləndirir. Ötən mövsüm Barkola bütün yarışlarda 49 oyunda
iştirak edib, 13 qol vurub və yeddi məhsuldar ötürmə edib.
Onun Paris klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına
qədərdir. Fransızın xidmətində Avropanın iddialı klubları
maraqlıdır.

