
Bakı. Trend:
Seneqal millisinin üzvü İsmail Yakobs “Qalatasaray”dan
ayrılacaq.
Trend Türkiyə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı
müdafiəçi DÇ-2026-dan sonra İstanbul təmsilçisini tərk etməli
olacaq.
Afrikalı futbolçuya “Yuventus”dan təklif gəlib. Onlar
“Qalatasaray”ın tələb etdiyi məbləği ödəməyə hazırdır.
Hazırda tərəflər arasında danışıqlar gedir. Məsələ orasındadır
ki, Yakobs özü Türkiyə çempionunun heyətində qalmaq niyyətindədir.
İsmailin “Qalatasaray”la müqavilə müddəti 2027-ci il iyunun 30-na
qədərdir.
O, “Köln”, “Monako”də oynadıqdan sonra 2024-cü ildə
“Qalatasaray”a keçib.

