
Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski danışıqlar aparmaq üçün
Böyük Britaniyaya səfər edib.
Trend xəbər verir ki,
Zelenski səfər çərçivəsində Böyük Britaniyanın Baş naziri Kir
Starmer, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri
Fridrix Merts ilə görüşəcək.
Zelenskinin sözlərinə görə, danışıqların əsas mövzuları
Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi,
Avropa təhlükəsizliyi məsələləri və müharibənin başa çatdırılması
istiqamətində atılacaq növbəti diplomatik addımlar olacaq.

