
Bakı. Trend:
8 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov Türkiyə Respublikasının İstanbul şəhərinə işgüzar
səfərə yola düşüb.
Trend xəbərə verir
ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, səfər çərçivəsində nazir Ceyhun Bayramovun
Azərbaycan Respublikasının, Gürcüstan və Türkiyə Respublikasının
xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirakı və çıxışı,
habelə yüksək səviyyəli görüşlərinin keçirilməsi nəzərdə
tutulub.

