Pakistanda 27 terrorçu zərərsizləşdirilib

Baş səhifə

Bakı. Trend:

Pakistanın təhlükəsizlik qüvvələri son üç gün ərzində ölkənin
şimal-qərbində yerləşən Xeybər-Paxtunxva əyalətində 27 silahlını
zərərsizləşdirib.

Trend xəbər verir
ki, bu barədə İslam respublikasının İctimaiyyətlə Əlaqələr İdarəsi
(ISPR) məlumat yayıb.




Ölkədə qadağan olunmuş “Fitna əl-Xəvaric” qruplaşmasına qarşı
bir sıra antiterror əməliyyatları Şimali Vəziristan dairəsində
həyata keçirilib. Məhv edilən silahlılar hüquq-mühafizə
orqanlarının əməkdaşlarına və mülki şəxslərə qarşı hücumlarda
iştirak ediblər. Onların üzərindən silah və sursat aşkar
edilib.

ISPR-in məlumatına görə, Pakistanın təhlükəsizlik qüvvələri
2025-ci ildə 2 597 silahlını zərərsizləşdirib. Həmin dövrdə
Pakistan ərazisində 5 397 terror aktı qeydə alınıb ki, nəticədə 1
235 nəfər həyatını itirib. Terror hücumlarının 70 faizdən çoxu
şimal-qərbdəki Xeybər-Paxtunxva əyalətində, təxminən 29 faizi isə
ölkənin cənub-qərbində yerləşən Bəlucistan əyalətində baş
verib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir