
Bakı. Trend:
2026-cı ilin yanvar–may aylarında dövlət büdcəsinin icrası və
xəzinə əməliyyatlarının idarə edilməsi sahəsində yüksək nəticələr
əldə olunub. Bu dövrdə xəzinə əməliyyatlarına dair müraciətlərin
qanunvericiliyin tələblərinə uyğun, sürətli və xətasız icrası təmin
edilib, xəzinədarlıq orqanları tərəfindən 501,0 mindən çox ödəniş
tapşırığı vaxtında və tam şəkildə icra edilib.
Trend bu
barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Cari ilin yanvar-may ayları ərzində dövlət büdcəsinin gəlirləri
16 365,7 milyon manat təşkil edib ki, bu da proqnozu 265,0 milyon
manat və ya 1.6 faiz üstələyib.
Dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında
Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 7 825,3 milyon manat
təşkil edərək proqnozdan 130,3 milyon manat və ya 1.7 faiz, Dövlət
Gömrük Komitəsi üzrə daxilolmalar 2 534,0 milyon manat təşkil
edərək proqnozdan 10,0 milyon manat və ya 0.4 faiz, İqtisadiyyat
Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar
22,2 milyon manat təşkil edərək proqnozdan 2,6 milyon manat və ya
13.3 faiz, sair daxilolmalar 352,4 milyon manat təşkil edərək
proqnozdan 227,4 milyon manat və ya 181.8 faiz çox, Dövlət Neft
Fondundan transfert isə 5 350,0 milyon manat təşkil edərək proqnoza
qarşı 100 faiz icra edilib.
Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən təşkilatların
ödənişli xidmətlərindən daxilolmalar 281,8 milyon manat təşkil
edərək proqnoza qarşı 72.8 faiz icra olunub.
Yanvar-may ayları ərzində dövlət büdcəsinin xərcləri 13 852,7
milyon manat proqnoza qarşı 13 375,2 milyon manat məbləğində icra
edilib ki, bu da 96.6 faiz təşkil edir.
2026-cı ilin yanvar-may ayları ərzində icmal büdcənin gəlirləri
19 865,3 milyon manat, xərcləri isə 15 611,5 milyon manat
məbləğində icra edilib.

