Restoranlarda gürcü xəngəli bahalaşıb 

Baş səhifə

Gürcüstanda may ayında milli mətbəxin ən məşhur yeməklərinin qiymətində artım qeydə alınıb.

Modern.az xəbər verir ki, may ayında ölkədə xinkalinin restoranlardakı orta qiyməti 4,5 faiz artaraq bir ədəd üçün 2,4 lariyə (təxminən 0,9 dollar-red) çatıb.

Bununla yanaşı, xaçapurinin qiymətində daha ciddi artım müşahidə olunub. Belə ki, restoranlarda xaçapurinin qiyməti illik müqayisədə 11,6 faiz yüksəlib.

Qiymət artımının ərzaq məhsulları və xidmət xərclərindəki dəyişikliklərlə əlaqəli olduğu bildirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir