Uşaqların sosial şəbəkələrdən istifadəsi niyə məhdudlaşdırılır?

Baş səhifə

Bakı. Trend:

Dövlət Statistika Komitəsinin 2024-cü ildə ev təsərrüfatlarında
İKT-də istifadəyə dair seçmə statistik müayinənin nəticələrinə görə
əhalinin hər 100 nəfərinə düşən internet istifadəçilərinin sayı 90
tam onda səkkiz olub. Bu göstərici 6-15 yaş qrupu üzrə isə 90 tam
onda 1 faiz təşkil edib. Sosial Tədqiqatlar Mərkəzinin 2025-ci il
sorğusuna görə, məktəbyaşlı övladı olan respondentlərin 63 tam onda
5 faizi övladının sosial mediadan istifadə etdiyini, 36 tam onda 5
faizi isə istifadə etmədiyini bildirib.

Trend xəbər
verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri
komitəsinin sədri Hicran Hüseynova parlamentin üç komitəsinin
bugünkü birgə iclasında deyib.

Onun sözlərinə görə, sosial şəbəkələrin həyatın ayrılmaz hissəsi
olduğu dövrdə, uşaqların psixoloji sağlamlığı üçün nəzarətsiz
istifadənin qarşısının alınması vacibdir. Komitə sədri qeyd edib
ki, hazırda sual “qadağan etmək və ya etməmək” deyil:

“Əsas məsələ uşaqları inkişaf, öyrənmə və sosial qarşılıqlı
əlaqə üçün vacib imkanlardan məhrum etmədən real dünya
təhlükələrindən qoruyan rəqəmsal mühitin necə yaradılması
məsələsidir. Bəs hansı problemlər var? Dünyada Müxtəlif tədqiqatlar
aparılır. Bir neçə misal göstərmək istərdim: Məsələn, 10-15 yaşlı
Avstraliya uşaqlarının 96%-i sosial mediadan istifadə edir və
onların 70%-i zərərli məzmun və davranışlarla qarşılaşır. Amerikada
2025-ci ildə aparılan bir araşdırma göstərib ki, 13-17 yaşlı
qızların 71%-i, oğlanların isə 54 faizi kiberzorakılıqla
qarşılaşır. Kiberhücumun nəticələri ciddidir: Amerikalı
yeniyetmələrin 19,2%-i kiberhücum səbəbindən məktəbi buraxdığını
bildirib. Kiberbullinqə məruz qalan yeniyetmələr arasında 12%-i son
bir ildə özünə zərər verməyi düşünüb, 6%-i isə buna cəhd edib. Ən
yüksək riskə malik platformalar: “İnstagram” kiberzorakılıq
hadisələrində liderdir (42%), ardınca Facebook (37%) və Snapchat
(31%) gəlir. Digər tədqiqatlar YouTube-un ən yüksək göstərici
olduğunu müəyyən edib: YouTube-dakı uşaqların 79%-i kiberhücuma
məruz qalıb, ardınca Snapchat (69%), TikTok (64%) və Facebook (49%)
gəlir”.




Komitə sədri ölkə üzrə statistik göstərcilərə də diqqət
çəkib:

“Dövlət Statistika Komitəsinin 2024-cü ildə ev təsərrüfatlarında
İKT-də istifadəyə dair seçmə statistik müayinənin nəticələrinə görə
əhalinin hər 100 nəfərinə düşən internet istifadəçilərinin sayı 90
tam onda səkkiz olub. Bu göstərici 6-15 yaş qrupu üzrə isə 90 tam
onda 1 faiz təşkil edib. Sosial Tədqiqatlar Mərkəzinin 2025-ci il
sorğusuna görə, məktəbyaşlı övladı olan respondentlərin 63 tam onda
5 faizi övladının sosial mediadan istifadə etdiyini, 36 tam onda 5
faizi isə istifadə etmədiyini bildirib. Əlbəttə ki, bu rəqəmlər
bizi düşündür və eyni zamanda narahat edir. Uşaqların İKT-dən,
sosial mediadan istifadə etməsi müsbət haldırmı? Yoxsa mənfi
haldır? Beynəlxalq təcrübə müxtəlif yanaşmalar nümayiş etdirir:
Avstraliya, Danimarka, Norveç, Türkiyə və Fransa kimi ölkələr yaş
məhdudiyyəti tətbiq edir, ABŞ və bəzi Avropa ölkələrində valideyn
nəzarəti sistemləri yaradılıb. Çində sərt dövlət tənzimləmələri
tətbiq olunur. Postsovet ölkələrinin bir çoxunda da minimum yaşla
bağlı müzakirələr aparılır. Bu gün müzakirə etdiyimiz məsələnin
məqsədi aydındır: uşaqları kibertəhdidlərdən, zorakılıqdan, zərərli
məzmundan və mənfi zehni sağlamlığa təsirlərdən qorumaq.
Azərbaycanda 2018-ci ildə qəbul edilmiş “Uşaqların zərərli
informasiyadan qorunması haqqında” Qanun qəbul edilib. Eyni
zamanda, uşaqların hüquqlarının qorunması ilə bağlı digər sahələrdə
də yaş məhdudiyyətləri tətbiq olunmuşdur : məsələn, uşaqlara
siqaret, alkoqol, soyuq silah satışına, pornoqrafik məzmunlara
çıxışına məhdudiyyət qoyulub. Və bu tədbirlər uşaqların sağlamlığı
və rifahı üçün tətbiq edilib. Həmçinin, uşaqların yaşına uyğun
informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar
uşaqların onlar üçün zərərli informasiyadan qorunması tədbirləri
müəyyən edilmiş və bu sahədə yaranan münasibətlər tənzimlənib”.

Hicran Hüseynova əlavə edib ki, bu prosesin davamı olaraq,
indiki dövrdə bu məsələlərin sosial şəbəkələrdə həllinə yönəlmiş
addımlar atılır və bu gün müzakirə edilən məsələnin əsas mahiyyəti
də budur:

“Azərbaycanın qoşulduğu beynəlxalq konvensiya və milli
qanunvericiliyə əsasən 18 yaşadək şəxslərin uşaq sayıldığını nəzərə
alaraq, uşaqların sosial şəbəkə platformalarının təsirlərindən
qorunması üçün 16 yaşadək və 16-18 yaş arası yanaşması seçilib. 16
yaşadək uşaqların platformalarda hesab yaratmasına yol verilmir,
16-18 yaş arası uşaqlar üçün isə bunu valideyn icazəsi ilə edə
bilərlər. Uşaqların inkişafına diqqət verilərək təhsil və səhiyyə
məqsədləri üçün bu imkanlardan sərbəst istifadə etmək olar. Qanun
dəyərli məqsədə – uşaqların müdafiəsinə xidmət edir. Uşaqların
sosial şəbəkələrinin zərərli təsirlərin qorunması günümüzün
tələbidir. Övladımızın sağlamlığı, rifahı, gələcəyi sosial
şəbəkələrdən asılı olmamalıdır. Mövcud qanunvericiliyə edilən
dəyişikliklər uşaqlarımızın hüquqlarının qorunmasına yönəlib. Və
biz də bu dəyişiklikləri qəbul etməklə onları daha təhlükəsiz bir
həyat vermiş oluruq”, – komitə sədri vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir