
Bakı.Trend:
NATO-nun Baltikyanı ölkələrin hava məkanının patrul xidməti
(Baltic Air Policing) missiyası çərçivəsində fəaliyyət göstərən
Fransa Hərbi Hava Qüvvələrinin qırıcıları Latviya səmasında
pilotsuz uçuş aparatını (PUA) vurublar.
Trend xəbər verir
ki, bu barədə Baltikyanı respublikanın Milli Silahlı Qüvvələrinin
(MSQ) “X” sosial şəbəkəsində yaydığı məlumatda bildirilib.
“Müttəfiq qırıcılar Latviyanın hava məkanına daxil olmuş dronu
uğurla məhv ediblər”, – deyə MSQ qeyd edib.
Hazırda respublikada hava həyəcanı rejimi ləğv olunub.
Bundan əvvəl Latviya MSQ-si ölkənin hava məkanına təhlükə
yarandığını bəyan etmiş və sakinləri təhlükəsizlik tədbirlərinə
əməl etməyə çağırmışdı.

