​​​​​​​Qubada intensiv yağışlar fəsadlara səbəb olub – FOTO

Baş səhifə

Quba rayonunda yağan intensiv yağışlar nəticəsində Aydınkənd kəndində fəsadlar yaranıb.

APA-nın şimal bürosunun məlumatına görə, güclü sel kəndin infrastrukturuna, eləcə də yaşayış evlərinə və yardımçı tikililərə ziyan vurub.

Sel suları kəndi rayon mərkəzi ilə birləşdirən avtomobil yolunun bir hissəsini yuyub.

Hazırda yolun açılması üçün tədbirlər görülür.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir