
Bakı. Trend:
Azərbaycanda bu ilin yanvar-may aylarında vətəndaşlara geri
qaytarılmış ƏDV-nin məbləği 87 milyon 305,8 min manat olub.
Trend bu
barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə
istinadən xəbər verir.
Belə ki, 2026-cı ilin yanvar – may ayları ərzində ölkə
ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən
şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər,
alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr
tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin
konserti sahəsində, həmçinin tibb müəssisələri və özəl tibbi
praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən həyata keçirilən
xidmətlərə, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə
vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən
gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin müvəkkil
banklar tərəfindən istehlakçılara qaytarılmış həcmi 87 milyon 305,8
min manat olub.
Qeyd edilib ki, 2026-cı ilin yanvar – may aylarında xarici
vətəndaşlar tərəfindən ölkə ərazisində fərdi istehlak üçün alınmış
mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“Tax free”)
məbləği 3 434,0 min manat təşkil edib.

