Ermənistan gələcəyini seçib – Kallas

Baş səhifə

Bakı.Trend:

Ermənistan Avropa gələcəyinin xeyrinə səs verib.

Trend xəbər verir
ki, bunu Avropa İttifaqının Xarici məsələlər və təhlükəsizlik
siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.

“Rusiyanın güclü təzyiqin olmasına rəğmən Ermənistan xalqı
sonunda Avropa yolu seçdi və yaxşı bir haldır”, – deyə o qeyd
edib.




Kallasın sözlərinə görə, Avropa İttifaqı islahatların
keçirilməsi məsələsində Yerevana köməklik göstərməyə hazırdır.

Qeyd edək ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri
keçirilib. Seçkilərdə 16 partiya və iki blok iştirak edib.
Seçkilərin nəticələrinə əsasən baş nazir Nikol Paşinyanın hakim
“Vətəndaş Müqaviləsi” partiyası parlamentdə çoxluq təşkil edəcək və
hökuməti formalaşdıracaq. Ermənistanın Mərkəzi Seçki Komissiyasının
ilkin məlumatlarına əsasən, “Vətəndaş Müqaviləsi” Partiyası 49,81
faiz (727 160 səs) toplayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir