
Bakı. Trend:
İyunun 9-12-si gündüz saatlarında Azərbaycanın bəzi dağlıq və
dağətəyi rayonlarında arabir yağıntılı hava şəraitinin davam
edəcəyi gözlənilir.
Trend xəbər
verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat
yayıb.
Bildirilir ki, ayrı-ayrı yerlərdə yağıntılı hava şəraitinin
qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi
ehtimalı var.
Hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ
çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

