İran İsrailə hücumları dayandırdığını elan edib

Baş səhifə

Bakı.Trend:

İran İsrailə hücumları dayandırdığını bəyan edib.

Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.

İran bildirib ki, İsrailə qarşı hücumları dayandırır, lakin
İsrail ordusu Livanda “təcavüzkar hərəkətlərini” davam etdirəcəyi
təqdirdə əlavə cavab tədbirləri görəcəyini vurğulayır.

İranın fövqəladə hərbi komandanlığı olan “Xatəm əl-Ənbiya”
qərargahının bəyanatına əsasən İran silahlı qüvvələrin
əməliyyatlarının dayandırıldığı elan edilir.




Bununla belə vurğulanır ki, “təcavüz və düşmənçilik
hərəkətləri”, o cümlədən Livanın cənubunda davam edərsə,
əvvəlkindən qat-qat daha sərt və sarsıdıcı addımlar atılacaq.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və
danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən müvəqqəti atəşkəs
barədə razılığa gəliblər. İyunun səkkizinə keçən gecə İsrailə və
İran arasında atəşkəs pozulub, tərəflər qarşılıqlı olaraq raket və
hava zərbələri endirməyə başlayıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir