
Bakı. Trend:
Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kintero
Prezident İlham Əliyevə məktub ünvanlayıb.
Trend xəbər
verir ki, məktubda qeyd olunub:
“Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə
Zati-alinizə Panama xalqı və Hökuməti adından, həmçinin öz adımdan
ən səmimi təbriklərimi, xalqınıza davamlı rifah və tərəqqi
arzularımı çatdırmaqdan şərəf duyuram.
Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının
31-ci ildönümünü qeyd edərkən, Panama ilə Azərbaycanı birləşdirən
dostluq və əməkdaşlıq əlaqələrini, qarşılıqlı anlaşmanı daha da
möhkəmləndirməklə bağlı səmimi arzumuzu bildirməklə yanaşı, sülhə
və inkişafa sarsılmaz sadiqliyimizi bir daha təsdiqləyirik”.

