
Bakı. Trend:
ABŞ sanksiyaları altında olan hind dənizçilərini daşıyan gəmiyə
Oman sahillərində hücum edilib.
Trend bu barədə
xarici mediaya istinadla xəbər verir.
Hindistanın İrəli Dənizçiləri Birliyinin açıqlamasında qeyd
olunub ki, gəmidə olan 24 hind dənizçisinin çətin
vəziyyətdədir.
Motor Tanker Marivex gəmisi dekabr ayında İrana qarşı
sanksiyalarla əlaqədar olaraq ABŞ Maliyyə Nazirliyinin sanksiya
siyahısına əlavə edilib.
Gəmidən göndərilən təcili yardım siqnalının transkriptində heyət
ABŞ Hərbi Dəniz Qüvvələrinin hücumu adlandırdıqları hadisədən sonra
gəmidə yanğın baş verdiyini bildiriblər.
“Gəmidə yanğın var, gəmi batır. ABŞ Hərbi Dəniz Qüvvələrinin
hücumu nəticəsində raket mühərrik otağına dəyib”, – qəza siqnalının
transkriptində qeyd olunub.

