
Bakı. Trend:
İspaniya Baş naziri Pedro Sançez Papa XIV Leoya sülh və dialoq
rəmzi olaraq bonsai zeytun ağacı hədiyyə edib.
Trend xəbər
verir ki, bu barədə krallıq Baş nazirinin mətbuat xidməti məlumat
verib.
Roma Papası Baş naziri Madriddəki Apostol Nunsiosunda
(səfirlikdə) qəbul edib. Qeyd edilib ki, görüş zamanı Sançez Papaya
13 yaşlı İspan bonsai zeytun ağacı hədiyyə edib.
Bildirilib ki, bu bitki ənənə və innovasiya, tarixi köklərə
hörmət və qabaqcıl texnologiyaların tətbiqi arasında mükəmməl bir
tarazlıqdır.
“Zeytun ağacı sülhün, dialoqun və qarşılıqlı anlaşmanın
universal simvoludur. Bunlar İspaniya və Vatikanın paylaşdığı
dəyərlərdir”, – deyə hökumətin mətbuat xidməti əlavə edib.
XIV Leo iyunun 6-da İspaniyaya gəlib. Səfər çərçivəsində onun
Barselona və Kanar adalarına da səfər etməsi planlaşdırılır.
İspaniyaya sonuncu dəfə səfər edən Papa XVI Benedikt (1927-2022)
olub. O, 2011-ci ildə Dünya Gənclər Günü münasibətilə ölkədə
olub.

