Gürcüstanın turizm gəlirləri azalıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-may ayları arasında Gürcüstanın turizm gəlirləri
ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% azalaraq 1,5 milyard
dollar təşkil edib.

Trend xəbər
verir ki, bu barədə məlumat Gürcüstan Milli Turizm Administrasiyası
və Galt & Taggart investisiya bankının araşdırmasında ter alıb.

İnvestisiya bankının mütəxəssisləri azalmanı Yaxın Şərqdəki
hərbi münaqişə ilə əlaqələndiriblər.




2025-ci ildə Gürcüstana xarici səfərlərin sayı rekord həddə –
7,8 milyona çatıb. Ötən il Yaxın Şərqdən gələn turistlərin sayı
2024-cü illə müqayisədə 3,4% çox olub.

2025-ci ildə turizmdən ümumi gəlir 4,7 milyard dollar təşkil
edib. Gürcüstanın 2026-cı il üçün dövlət büdcəsi 36,285 milyard
lari (13,438 milyard dollar), ÜDM isə 114,121 milyard lari (42,267
milyard dollar) təşkil edir. Bundan əlavə, turizm sayəsində
adambaşına düşən ÜDM ötən il ilk dəfə olaraq 10.000 dolları keçib,
halbuki cəmi üç il əvvəl 7.000 dollar idi.

2021-ci ildən bəri turist sayının və turizm gəlirlərinin davamlı
artımı Galt & Taggart şirkətini ölkənin turizm gəlirlərinin bu ilin
sonuna qədər 5 milyard dollara çatacağını proqnozlaşdırmağa vadar
edib. Lakin investisiya bankı hazırda Yaxın Şərqdə müharibənin
başlanması onu nikbin proqnozunu təxminən 200-300 milyon dollar
səviyyəsində tənzimləməyə məcbur etdiyini bildirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir