Yevlaxda yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb

Baş səhifə

Bakı.Trend:

Yevlax rayonunda bədbəxt hadisə ölüm ilə nəticələnib.

Trend-in
məlumatına görə, hadisə iyunun 8-də saat 18:00 radələrində baş
verib.

Belə ki, 1935-ci il təvəllüdlü, Yevlax rayonunun Xaldan kəndində
qeydiyyatda olmaqla həmin ünvanda tək yaşayan Zümrüd Sabit qızı
Əhmədova yaşadığı evin həyətyanı sahəsində su qızdırmaq üçün ocaq
yandırarkən üzərindəki geyimlər alışıb.




Nəticədə müxtəlif dərəcəli yanıq xəsarətləri alan Zümrüd
Əhmədova Yevlax Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir