İyundan etibarən Azərbaycanda yeni interçeync dərəcəsi qüvvəyə minəcək

Baş səhifə

Bakı.Trend:

İyundan etibarən Azərbaycanda interçeync (interchange)
dərəcəsinin azaldılması barədə qərar qüvvəyə minəcək.

Trend-in müxbiri
xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı sədrinin müavini
Vüsal Xəlilov Bakıda keçirilən Beynəlxalq Maliyyə və Bankçılıq
Sammitində bildirib.

“Xərclər kontekstində rəqəmsallaşma ilə bağlı məsrəfləri, eləcə
də ödənişlər sahəsində, xüsusilə nağdsız hesablaşmalarla bağlı
xərcləri qeyd etmək olar. Bu xərclər daha çox banklar, ödəniş
təşkilatları və təsərrüfat subyektləri tərəfindən hiss olunsa da,
saxtakarlıq riskləri faktiki olaraq hər bir vətəndaşa təsir edir.
Bu çağırışlarla əlaqədar Azərbaycan Mərkəzi Bankı bazar
iştirakçıları ilə birlikdə ciddi addımlar atır. Onlardan bəzilərini
qeyd etmək istərdim. İlk növbədə, biz xərclərin optimallaşdırılması
məsələsi üzrə beynəlxalq kart təşkilatları ilə intensiv danışıqlar
aparırıq”, – deyə o bildirib.




Onun sözlərinə görə, məqsəd ekvayerlər və emitentlər üçün daha
optimallaşdırılmış tarif siyasətinin tətbiq edilməsidir ki, bu da
təsərrüfat subyektlərinin maraqlarına uyğundur.

“Bu çərçivədə Mərkəzi Bank İdarə Heyətinin 18 mart tarixli
qərarına əsasən, interçeync dərəcəsinin yuxarı həddi 0,25 faiz
bəndi azaldılıb. Bu qərar iyun ayından qüvvəyə minəcək və biz bunun
müsbət təsir göstərəcəyini düşünürük”, – deyə V. Xəlilov qeyd
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir